Alimlərimiz pedaqoji təhsil üzrə IV Beynəlxalq foruma dəvət olunublar

imm.az saytından aldığımız məlumata görə, 22-24 may 2018-ci il tarixlərində Rusiyanın Kazan şəhərində Kazan Federal Universitetində pedaqoji təhsil üzrə IV Beynəlxalq forum keçiriləcək.Foruma Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov dəvət olunublar. Tədbirdə alimlər “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan məktəblərində hesab məsələləri kitabları” adlı məruzə ilə çıxış edəcəklər. Forumun materialları toplu halında nəşr olunacaq.

Onu da qeyd edək ki, alimlər 19- 21 may 2018–ci il tarixlərində Kazan Federal Universitetinin Psixologiya İnstitutunda keçiriləcək “Qeyri-pedaqoji ali məktəblərdə müasir pedaqoji təhsil” Ümumrusiya elmi-praktiki seminarında iştirak etmək üçün də dəvət alıblar.

İ.Əmənullayev

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında