ATMU beynəlxalq layihədə tərəfdaş olub

 “ERASMUS+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” layihəsi üzrə Azərbaycanın 11 və Avropanın 4 universitetinin təmsilçilərinin  iştirakı ilə  təqdimat mərasimi təşkil edilib.

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə layihənin tərəfdaş universiteti sayılan Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru İranə Əliyeva, turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova, keyfiyyət təminatı bölməsinin rəhbəri Simnar Məmmədov həm təmsil, həm də universitetin fəaliyyət istiqamətinə dair  təqdimatla çıxış ediblər.

          Tədbir iştirakçıları bildiriblər ki, layihənin məqsədi mərkəzlər mövcud olan universitetlərdə həmin mərkəzlərin yenidən qurulması, iş prinsiplərinin Avropa standartlarına uyğunlaşdırılması, Keyfiyyətə Nəzarət Mərkəzləri olmayan universitetlərdə isə yeni mərkəzlər yaratmaqdan ibarətdir. Qeyd edək ki, layihə müddətində Azərbaycanın 11 universitetindən ayrı-ayrılıqda hər birindən 4 nümayəndə Avropanın 4 ali təhsil ocağında təlimlərə cəlb edilib.

 Keçirilən təlimlərdə Azərbaycanın nümayəndə heyəti Avropanın müvafiq qabaqcıl universitetlərində keyfiyyət təminatı mərkəzlərinin iş prinsiplərini və bu sahədəki təcrübələrini öyrənəcəklər. Bundan başqa Litvanın EKT akkreditasiya təşkilatı tərəfindən Bakı Biznes universiteti ilə birgə layihə tərəfdaşlarının işçi heyətlərinə tədrislə əlaqəli bir aylıq təlimlər keçiriləcək. Eyni zamanda, mükəmməl idarəetmə sistemi yaratmaq məqsədilə onlayn platforma yaradılacaq.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında