Akademik Zərifə Əliyevanın xatirəsi Bakı Slavyan Universitetində anılıb

Bakı Slavyan Universitetinin YAP Qadınlar Şurası ilə birlikdə təşkil etdiyi akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş “Milli-mənəvi tariximizin örnəyi” adlı tədbirdə Milli Məclisin deputatları, təşkilat və müəssisə rəhbərləri, rəsmi şəxlər iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmiş, abidələri  önünə əklil və çiçək dəstələri qoymuşlar.

Mərasim  Bakı Slavyan Universitetində rəsmi hissə ilə davam etmişdir. YAP Qadınlar Şurasının sədri,  BSU-nun rektoru, professor  Nurlana Əliyeva “Nur heykəli”  adlı məruzəsində akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli-mənəvi həyatında mühüm rol oynadığını bildirmişdir. Rektor demişdir ki, Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaqdır: “O, öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə, sözün əsl mənasında, vətəndaşlıq örnəyinə çevrilmişdir. Zərifə Əliyeva  uşaq və gənclərin inkişafına hər zaman dəstək göstərmişdir. O, həm də  gözəl həyat yoldaşı, qayğıkeş ana kimi ulu öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olmuşdur.

N.Əliyeva ümummilli liderimizlə Zərifə xanımın müqəddəs sevgisinin ağır repressiya illərində dəfələrlə sınaqdan keçdiyini də xatırlatmışdır.

Görkəmli akademikin həyat yolunu Azərbaycan tarixinin ən gözəl səhifələri kimi qiymətləndirən N.Əliyeva alimin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışaraq, vurğulamışdır ki, görkəmli oftalmoloq elmi-pedaqoji və ictimai fəaliyyəti ilə  həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Tədbir ədəbi-musiqili kompozisiya ilə davam etmişdir. Bədii hissədə akademik Zərifə Əliyevanın həyat yoluna həsr olunmuş sənədli film böyük maraqla izlənilmişdir. 

BSU-nun gənc istedadları  ana, Vətən, Azərbaycan haqqında mahnılar səsləndirmiş, “Arzu” rəqs ansamblı isə tamaşaçılara milli rəqslərimizi təqdim etmişdir.

Sonda Xalq artisti Yalçın Rzazadə tədbir barədə öz təəssüratlarını bölüşmıəklə yanaşı, bir neçə mahnı da ifa etmişdir.

 M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında