“Almaniyada təhsil və təqaüd” mövzusunda seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyada magistratura təhsili alan tələbələr üçün “Almaniyada təhsil və təqaüd” mövzusunda seminar keçirilib. www.science.gov.az saytının məlumatına görə, tədbirdə Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev çıxış edərək seminarın keçirilməsində əsas məqsədin dünya ölkələri arasında elmin inteqrasiyası, elmdə metodların və yeniliklərin paylaşılması, o cümlədən kadr mübadiləsinin aparılması olduğunu deyib.

Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin akademik müşaviri Hikmət Kamallı “Almaniyada təhsil və təqaüd” mövzusunda təqdimatla çıxış edib. O, DAAD-ın, həmçinin alman ali məktəblərinin beynəlmilləşməsini, alman dilinin xaricdə güclənməsini və inkişaf etməkdə olan ölkələrdə güclü ali məktəb sisteminin yaradılmasını dəstəklədiyini vurğulayıb. H.Kamallı DAAD şəbəkəsinin 60-dan artıq ölkədə 15 xarici nümayəndəliyinin olduğunu, 229 universitet və elmi-tədqiqat müəssisəsini, o cümlədən 500-dən artıq lektor və dil mütəxəssisini birləşdirdiyini deyib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

 

 

 

 

 


             

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında