Koreyalı ekspertlərlə görüş keçirilib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq “Peşə Təhsil Mərkəzi” layihəsi çərçivəsində tədris olunacaq peşə istiqamətləri üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və müəllimlərin seçilməsinə dair müzakirələrin aparılması olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müxtəlif zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla yaradılacaq nümunəvi peşə təhsil müəssisəsinin peşə təhsilinin, eləcə də təhsilalanların bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə koreyalı mütəxəssislər mərkəzdə həyata keçiriləcək təhsil proqramları (kurikulumları), modulların ilkin formatı və dərs saatlarının bölgüsü, seçiləcək müəllimlərə qoyulan tələblər barədə ətraflı məlumat veriblər. Koreyalı mütəxəssislər yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına  əmin olduqlarını bildiriblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

                                                    

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında