Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb

Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.

Nazirlikdən bildirilib ki, ali təhsil ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun həyata keçirilir: "Tanınmaya bu qaydalar çərçivəsində baxıldığı üçün təqdim olunan təhsil sənədləri həmin qaydalardan irəli gələn tələblər çərçivəsində olmadıqda onların tanınmasından imtina olunur. Aparılan təhlillər göstərir ki, məzunların ali təhsil ixtisaslarının tanınmasından imtina olunmasının əsas səbəbi onların ali təhsil müəssisəsinin tələb etdiyi tədris normativinə düzgün əməl etməmələri və tədris dili üzrə bilik səviyyələrinin olduqca aşağı olmasıdır".

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında