Xarkov Milli Texniki Universitetinin nümayəndə heyəti BDU-da olublar

bsu.edu.az saytından aldığımız məlumata görə, Ukraynanın Xarkov Milli Texniki Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov  universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, üzvü olduğu aparıcı qurumlarla əməkdaşlığından danışıb.

Görüşdən məmnun qaldığını bildirən Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Məlum olub ki, 22 fakültəsi və 20 mindən çox tələbəsi olan bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitet Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və  universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Sonda BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol universitetlərarası əməkdaşlığın elmə, təhsilə töhfə verəcəyinə əminliklərini bildiriblər.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında