Kabardin-balkarlı qonaqlar Aqrar universitetdə

Qarşılıqlı müqavilə əsasında Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət müəllim və tələbə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə səfər etmışdir. Qonaq tələbələr bir həftə ərzində Aqrar universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak edəcək,  müəllimlər isə baytarlıq və baytarlıq sanitar ekspertizası üzrə müvafiq kurslarda mühazirələr söyləyəcəklər. Azərbaycan Dövlət Aqrar       Universitetinin rektoru,AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları qəbul etmiş, universitetin tarixi və bu günü haqqında müəyyən məlumatlar vermiş, aqrar sektorun kadr təminatında bu universitetin rolundan danışmışdır. Sonra qonaqları maraqlandıran sualları cavablandırmışdır. Qonaqlar çıxış edərək isti qəbula görə minnətdarlığını bildirmiş və iki universitet arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün təkliflərini vermişlər. Bakalavr və magistr hazırlığı, müəllim mübadiləsi, ikili beynəlxalq konfransların təşkili və sair barədə konkret razılıq əldə edilmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında