Dünya alimləri Azərbaycanın irsini öyrənərək təbliğ edəcək

Layihə çərçivəsində bütün bölgənin etnoqrafik və mədəni irsini öyrənmək, sertifikatlaşdırmaq və qorumaq istiqamətində konsepsiyasının hazırlaması nəzərdə tutulur. Bu barədə sputnik.Azərbaycan məlumat yayıb.

 Azərbaycan memarlıq və digər abidələrin öyrənliməsinə və qorunmasına böyük diqqət ayırır. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan zəngin irs mövcuddur. Onların pasportlaşdırılmasına ciddi ehtiyac duyulur.

Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və UNESCO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup yaradılıb.

İşçi qrupa Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrin alimləri daxildir. Ora müxtəlif ölkələrdən mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur. Layihə çərçivəsində bütün bölgənin etnoqrafik və mədəni irsini öyrənmək, sertifikatlaşdırmaq və qorumaq istiqamətində konsepsiyasının hazırlaması nəzərdə tutulur.Birinci mərhələdə 2018-ci il aprelin 24-dən 29-dək Azərbaycanın qərb regionundakı qədim abidələr, qəbiristanlıqlar, qoçdaşlar (daş qoyun və at totemləri), eləcə də mühafizəyə və bərpaya ehtiyacı olan dini tikililərin pasportlaşdırılması üzrə pilot layihə başlayacaq.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında