“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda müsabiqə

Ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir. “Azərbaycan müəllimi” qəzetinin və “Bank of Baku”nun  təşkil etdiyi müsabiqə Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsinin təbliği məqsədini daşıyır.

Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından  ibarət  münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərtlərinə əsasən, hər iştirakçı müsabiqəyə yalnız bir yazı tədqim edə bilər. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır.

Yazılar 20 aprel 2018-ci il tarixindən 20 may 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qaliblərə diplom və  pul mükafatının təqdim olunması nəzərdə tutulur.

 

 

                                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında