Anlaşma memorandumu imzalanıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) rektoru, professor Penq Lonqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. www.science.gov.az saytı yazır ki, nümayəndə heyətinin tərkibinə PXDU-nun Beynəlxalq mübadilə və əməkdaşlıq şöbəsinin müdiri KE Jinq, Ərəb və İslam Mərkəzinin direktoru Xue Qinqquo və Asiya-Afrika fakültəsinin dekan müavini Ma Zhonqvu daxil idilər.

AMEA rəhbəri Çinin Pekin Xarici Dillər Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında imzalanacaq müqavilə əsasında PXDU-da Azərbaycan dili və ədəbiyyatının öyrənilməsinə dair kafedranın yaradılmasını yüksək dəyərləndirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli PXDU-ya ötən ilki səfərini xatırladıb. Ali məktəbin nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycanşünaslıq Elmi Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək, bu işdə lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib. İ.Həbibbəyli iki qurum arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin həm Çin, həm də Azərbaycan elminin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə edib. 

Görüşdə, həmçinin PXDU-nun rektoru, professor Penq Lonq çıxış edərək rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, universitetdə 98 dil üzrə təhsilin həyata keçirildiyini, prioritet istiqamətlərdə tədqiqatların aparıldığını nəzərə çatdırıb. Rektor Çinin Azərbaycandakı səfiri də daxil olmaqla, 400-dən çox səfirin Çinin bu ali təhsil müəssisəsinin məzunu olduğunu qeyd edib.

Daha sonra PXDU ilə AMEA-nın Ədəbiyyat İnstitutu arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Penq Lonq və akademik İsa Həbibbəyli imzalayıblar.                                 

Əlipənah BAYRAMOV,
"Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında