Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU) rektoru, professor Vladimir Onişenko və bu təhsil müəssisəsinin prorektoru Svetlana Sivitskaya ilə görüşüb.

BANM-in məlumatında bildirilir ki, görüş iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb. E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, inkişafı və uğurları haqqında məlumat verib, ali məktəbin Ukraynanın ən aparıcı universitetlərindən biri ilə əməkdaşlığından məmnunluğunu bildirib.

Görüşdə keçən il BANM və PMTU arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumunun reallaşdırılması istiqamətində görülən işlər və müxtəlif sahələr üzrə yüksəkixtisaslı mühəndis mütəxəssislərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin gələcək mühəndislər üçün təlim proqramlarının keyfiyyətinin yaxşılaşdırılması və ən müasir mühəndislik problemlərini həll edəcək yeni nəsil texniki mütəxəssislərin hazırlanması, hər iki universitetin müəllimlərinin peşə səviyyələrinin artırılması və onların elmi potensiallarının gücləndirilməsi üçün digər addımların atılmasının vacibliyi vurğulanıb.

Sonda tərəflər arasında müzakirə olunan məsələlər üzrə fəaliyyət planı və atılacaq addımlar barədə razılıq əldə edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında