“Qlobalizasiya və ali təhsildə yeni meyarlar” adlı konfrans keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Univesitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Qlobalizasiya və ali təhsildə yeni meyarlar” adlı konfransı keçirilir. Konfransda müxtəlif ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edirlər.

Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekanı, dosent Orxan İsayev və xarici tələbələrlə iş üzrə dekan müavini Nigar Ələkbərova təmsil edir. Onlar qonaqlara ATU-dakı dərs prosesi, beynəlxalq əlaqələr, tələbələrə yaradılmış yeni şərait və klinikalar haqqında iştirakçılarına geniş məlumat verəcəklər.

İki gün davam edəcək konfransda “Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı” və “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında