Avropada tədqiqatlar aparılması məqsədilə müsabiqə elan edilib

AMEA alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilir. Müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.  

www.science.gov.az saytı yazır ki, müsabiqə üçün namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubu, elmi müəssisəsinin elmi şurasının qərarı (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surəti, tərcümeyi-hal (CV), elmi əsərlərin siyahısı və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.

Sənədlər AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinə təqdim edilməlidir.

 

                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında