ATU ilə Malatyanın Ünönü Universiteti arasında protokol imzalanıb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Malatya İnönü Universitetinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşün əsas məqsədi iki ali təhsil ocağı arasında olan müqavilənin yenilənməsi, şərtlərinin müzakirəsi olub.

ATU-nun rektoru, G.Gəraybəyli çıxışında Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini bildirib: “Bəzən universitetlər arasında bağlanan müqavilələr elə sənəd üzərində qalır. Mən həmişə işlək əməkdaşlıqların tərəfdarıyam. Sizinlə fəal əməkdaşlığımız olub. Bu, çox sevindirici haldır”.

Malatyanın İnönü Universitetinin rektoru, professor dr. Ahmet Kızılay iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək deyib: “Universitetlərimiz arasında protokol imzalanıb. Sizinlə daima qarşılıqlı təhsil mübadilələri etmişik, xüsusilə də, transplantologiya şöbəsi ilə birgə əməliyyatlar aparmışıq. İstərdim ki, bu əlaqələr digər sahələrdə də olsun”.

Daha sonra iki universitet arasında protokol imzalanıb.

Görüşdə həmçinin İnönü Universitetinin rektor köməkçisi professor Nusret Akpolat, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov və I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov iştirak ediblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında