AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda seminar keçirilib

ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Valter Krist AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən seminarda “Qədim Mesopotamiyanın masaüstü oyunları Azərbaycanda” mövzusunda elmi məruzə ilə çıxış edib.

www.science.gov.az saytı yazır ki, əvvəlcə institutun direktoru, professor Maisə Rəhimova amerikalı tədqiqatçı barədə iştirakçılara məlumat verib. Bildirib ki, əsas elmi tədqiqat istiqaməti Yaxın Şərqin qədim masaüstü oyunları olan V.Kristin fikrincə, qədim Azərbaycan ərazisində də masaüstü oyunların bəzilərinin mövcudluğunu sübut edən dəlillər vardır.

Sonra V.Krist elmi məruzəsini təqdim edib. Tədqiqatçı Qobustan qayalarında qeyd edilmiş bəzi rəsm və müəyyən qayda ilə düzülşmüş süni dəliklərin vaxtilə İshaq Cəfərzadə tərəfindən masaüstü oyunlar kimi şərh edildiyini bildirib. O, Qobustanda, Abşeron yarımadasının Türkan, Dübəndi və digər məntəqələrində qeyd edilmiş müəyyən tapıntıların Mesopotamiya, Qədim Misir, Anadolu, Kipr və hətta erkən orta əsrə aid Almaniya ərazisində aşkar edilmiş masaüstü oyunlarla oxşar olduğunu slaydlar vasitəsilə nümayiş etdirib.

Elmi məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda institutun elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli çıxış edərək özünün də bu istiqamətdə tədqiqatlar apardığını deyib. O, oxşar tapıntıların, rəsmlərin təkcə Cənubi Qafqazda deyil, tunc dövrü Avrasiya (Monqolustan, Altay dağları və d.) üzrə qayaüstü abidələrdə, həmçinin keramika məmulatlarında naxışlar şəklində qeyd edildiyini bildirib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında