İnformasiya Texnologiyaları İnstitutu ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında əməkdaşlıq

science.gov.az saytında verilən xəbərə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Ukraynanın Tətbiqi Radio Elektronika Elmlər Akademiyasının həqiqi üzvü, Xarkov Milli Radio Elektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, Azərbaycanın Əməkdar elm xadimi, professor Murad Ömərovla görüş keçirilib. Məqsəd institut ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin institutun prioritet məsələlərindən olduğunu qeyd edib. Onun rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, Ukraynanın bir sıra elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində sıx münasibətlərin mövcud olduğunu bildirib.

Alim deyib ki, iki ölkə arasında elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin Ukrayna ictimaiyyətinə təqdim edilməsinə və diaspor fəaliyyətinin daha da güclənməsinə geniş imkanlar açır.

R.Əliquliyevin sözlərinə görə, müəssisələr arasında birgə konfransların keçirilməsi və qrantlarda iştirak, kibertəhlükəsizlik və elektron təhlükəsizlik sahələrində aparılan tədqiqatlara dəstək, eləcə də jurnallarda təmsilçilik üzrə təcrübə mübadiləsinin aparılması hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

 

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında