ADNSU ilə Türkiyənin İnönü Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADNSU-dan verilən xəbərə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və onu müşaiyət edən nümayəndə heyəti ilə görüşüb.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, ixtisaslar, eləcə də Startap məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu bildirib. 

ADNSU-nun tarixən əcnəbi tələbələrin sayına görə seçilən ali məktəb olduğunu və bu gün də  həmin ənənəsinə sadiq qalaraq universitetdə 450-dən çox xarici ölkələrdən olan tələbələrin təhsil aldığını qeyd edib.

Universitetin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran rektor M.Babanlı xüsusən də Türkiyə ali təhsil müəssisələri və elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Dəvət üçün rektor M.Babanlıya təşəkkür edən İnönü Universitetinin rektoru prof. Dr. A.Kızılay rəhbərlik etdiyi universitet barədə məlumat verib və hazırda ali məktəbdə 250-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib.  ADNSU ilə qarşılıqlı mübadiləni genişləndirmək və birgə layihələr etməyin vacib olduğunu deyən prof. Dr. A.Kızılay ADNSU ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.

 

İ. Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında