BANM və SOCAR Capitalın birgə konfransı

Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capitalın birgə təşkilatçılığı ilə BANM-da “Qlobal Kapital bazarlarında fəaliyyət və uğurlar” adlı konfrans keçirilib.

BANM-dan verilən məlumata görə, konfransda BANM-in rektoru Elmar Qasımov, SOCAR-ın və SOCAR Capital şirkətinin rəsmiləri, eyni zamanda BANM-ın professor-müəllim və tələbə kontingenti iştirak ediblər.

Konfransda BANM-in rektoru Elmar Qasımov çıxış edərək hazırki dövrdə qlobal maliyyə bazarlarının dünya iqtisadiyyatının inkişafında həlledici rola malik olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı da bu təsirdən kənarda qalmır və bu səbəbdən dövlətimiz iqtisadi inkişafa daim diqqət göstərir. Bu istiqamətdə aparılan işlərdən biri kimi ölkəmizin ən böyük beynəlxalq şirkəti olan SOCAR-ın 2016-cı ildə təsis etdiyi SOCAR Capital şirkətinin fəaliyyətini qeyd edən Elmar Qasımov şirkətin kapital bazarlarının mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin maarifləndirilməsi fəaliyyətini yüksək qiymətləndirib.

İlk öncə konfrans iştirakçılarına SOCAR Capital şirkəti haqqında informativ çarx nümayiş etdirilib.

Konfransda SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi və SOCAR Capital şirkətinin məşvərət şurasının üzvü Əli Ağaoğlu, iqtisadçı alim Vüqar Bayramov innovativ iqtisadiyyat, əmək bazarındakı yeniliklər, innovativ sərmayə istiqamətləri və Azərbaycan iqtisadiyyatında bu istiqamətdə həyata keçirilən yeniliklər haqqında ətraflı informasiya veriblər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında