BDU əməkdaşları AMEA-nın 5 qalib layihəsinin yerinə yetirilməsində iştirak edəcəklər

BDU-nin Mətbuat və informasiya şöbəsindən bildirilir ki, Bakı Dövlət Universitetinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi təşkilatları və digər ali təhsil müəssisələrinin əməkdaşları ilə birlikdə AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/3 nömrəli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının maliyyələşdirilməsi üzrə elan edilmiş müsabiqənin 5 qalib layihəsinin yerinə yetirilməsində iştirak edəcəklər. “Laylı quruluşlu birləşmə və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsiyon xassələrinin tədqiqi”  mövzusunda layihə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun, “Azərbaycan mədəniyyətlərin kəsişməsində: mərhələlər, problemlər və perspektivlər” mövzusunda layihə isə BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin rəhbərliyi ilə yerinə yetiriləcək. Bu il həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının gənc müəllimi Elsevər Muradov “Azərbaycan Elm Assosiasiyası”nın həmsədri vəzifəsini icra edən İntiqam Şahbazovla birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil edərək keçirdiyi “Gənc alim” və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım”- qrant müsabiqəsinin qalibi olublar.

                                                                   İ.Əmənullayev

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında