Azərbaycanlı alimin layihəsi beynəlxalq qrant müsabiqəsinin qalibi olub

AMEA-nın Mikrobiologiya İnstitutunun Mikroorqanizm kulturalarının kolleksiyası labrotoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yamən Atakişiyevanın layihəsi II Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalibi olub. Müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Fundamental Tədqiqatlar Fondu təşkil edib.

www.science.gov.az saytı yazır ki,Tərəvəz bitkilərinin kök sisteminə yoluxmuş fitopatogenlərə qarşı bacillus və trichoderma cinslərindən olan mikroorqanizmlərin antaqonist təsirinin sinergetik potensialı” adlı layihənin icrasına artıq başlanılıb. Layihənin əsas məqsədi tərəvəz bitkilərinin yetişdirilməsi zamanı kökdə yayılmış fitopatogen mikroorqanizmlərin nəzarəti üçün yüksək fəallığa malik trichoderma cinsindən olan saprotrof mikroskopik göbələk və bacillus cinsindən olan bakteriya ştamlarından birgə istifadənin potensial imkanını öyrənməkdir.

                                                                                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında