“Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərslik çap edilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev  və Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun həmmüəllifi olduğu “Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərs vəsaiti işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, “Elm və Təhsil” nəşriyyatında çapdan çıxan kitab Azərbaycanda qeyri-neft sənayesi iqtisadiyyatına həsr edilmiş ilk monoqrafik dərslikdir. Nəşrdə qeyri-neft sənayesinin xarakterik xüsusiyyətləri, strukturu, formalaşmasının əsas prinsipləri, milli iqtisadiyyatda onun rolu və əhəmiyyəti göstərilib. Bundan əlavə, qeyri-neft sənaye sahələrinin təkamül yolu ilə inkişafı, mövcud sosial-iqtisadi durumu, ixrac potensialı çoxillik statistik məlumatlar əsasında kompleks şəkildə təhlil edilərək qiymətləndirilib.

Vəsait ali məktəblərin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, doktorantlar, müəllimlər, o cümlədən ixtisasartırma kurslarının dinləyiciləri üçün nəzərdə tutulub.

 

                                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında