BANM-da Layihə İdarəetmə Məktəbinin məzun günü qeyd edilib

Bakı Ali Neft Məktəbində (BANM) BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOIL, NICO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni Layihə İdarəetmə Məktəbinin (LİM) beşinci məzun buraxılışı gününü qeyd ediblər.

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilən bugünkü tədbirdə 52 nəfər məzuna beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olunub. Onun sözlərinə görə, LİM 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən yaradılıb. Bu layihə mərhələlərlə həyata keçirilib. Layihə başlandığında qarşıya qoyulan məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. LİM 4-cü fazada bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli heyətə ötürülüb. Hazırda LİM-in bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir.

Tədbirdə həmçinin “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın “Stratex” şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuz çıxış edib və məzunları ürəkdən təbrik ediblər.

Qeyd edək ki, LİM-in tədris proqramı yeddi moduldan ibarətdir. Bunlar layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və əlaqə, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi imtahanına hazırlıqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında