ADNSU-nun beş ixtisası Avropa Standartlarına uyğun olaraq akkreditasiya olundu

moderator.az saytından bildirilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beş ixtisası Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan Foundation for International Business Administration Accreditation (FİBAA) tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub. ADNSU akkreditasiyadan keçmək üçün özü müstəqil şəkildə FİBAA-ya müraciət edib. ADNSU Azərbaycan universitetləri arasında müstəqil şəkildə akkreditasiyadan keçmək üçün təşəbbüs göstərən  ilk ali məktəbdir.

Proqramları tam qiymətləndirdikdən sonra FİBAA ADNSU-nun BA Proqramlarının inkişafı üçün müəyyənləşdirilmiş keyfiyyət hədəflərinin olduğu qənaətinə gəlib. Beləliklə, ADNSU-nun beş ixtisası - İqtisadiyyat (Business Informatics (B.Sc)), Kompüter mühəndisliyi (Computer Engineering (B.Sc.)), Sənayenin təşkili və idarə olunması (Industrial Engineering (B.Sc.)), İdarəetmədə İnformasiya Sistemləri (Computer Information Systems (MBA)) və Biznesin təşkili və idarə edilməsi (Operations Management (MBA)) FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub.

FİBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətlərinin təsis etdiyi FİBAA Avropa və dünyanın bir sıra ölkələrində 1900 təhsil proqramını akkreditasiyadan keçirib. FİBAA Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasnın – ENQA, Akkreditasiya üzrə Avropa Konsorsiumunun – ECA, Mərkəzi və Şərqi Avropa ölkələrinin ali təhsilində keyfiyyətin təminatı üzrə Agentliklər Şəbəkəsinin – CEENQA, Ali təhsildə keyfiyyətin təminatı üzrə Beynəlxalq agentliklər şəbəkəsiin – İNQAAHE, Avropa universitetləri Assosiasiyasnın – EUA və digər qurumların üzvü, bəzisinin həmtəsisçisidir…

İ.Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında