“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıb

“AzerGold” QSC və ADA Universiteti tələbələrin karyera hazırlığına dəstək olmaq, kadrların peşəkar inkişafı, tələbəyönümlü və digər tədqiqat layihələrinə töhfə vermək məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, ADA Universitetində baş tutan görüşdə universitetin rektoru Hafiz Paşayev və “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi apararaq birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olacağına əminliklərini bildiriblər.

Qeyd edək ki, əməkdaşlıq memorandumu ADA Universitetinin Fondu və “Karyera İdarəetmə Mərkəzi” ilə əməkdaşlıq, universitetin ixtisasartırma proqramları vasitəsilə “AzerGold” QSC-nin əməkdaşları üçün peşəkar inkişaf proqramlarının təşkil olunması, birgə tədqiqat layihələrinin keçirilməsi tədbirlərini əhatə edəcək.

“AzerGold” QSC əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyət artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında