"Kənd təsərrüfatı mütəxəssisi də ingilis dilini bilməlidir"

Sərlövhəyə çıxardığımız bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tez-tez işlədir. Təsadüfi deyil ki, burada ingilis dilinin tədrisi və bu dildə qrupların yaradılmasına xüsusi önəm verilir. Artıq aqrar iqtisadiyyat və aqronomluq fakültələrində belə qruplar fəaliyyət göstərməkdədir.

Universitet və British Council təşkilatı Bakı ofisi arasında mövcud əlaqələrin gücləndirilməsi də bunun əyani göstəricisidir. British Council təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytın Azərbaycan Dövlət Aqrar Universitetinə etdiyi səfərdə qərara almışdı ki, ingilis dilinin daha mükəmməl öyrədilməsi üçün Aqrar universitedə təlim mərkəzi təsis olunsun və həm müəllimlər, həm də tələbələr bu mərkəzdən dil biliklərini artırmaq üçün istifadə etsinlər.

Artıq bu niyyət baş tutub. Gəncədə ilk dəfə British Councilin təşkilatçılığı ilə universitetin müəllim və tələbə heyəti üçün İELTS səviyyə imtahanı keçirilmişdir. 6 nəfər  universitet əməkdaşının İELTS imtahan haqqının 50 faizi, tələbələrin isə imtahan haqqının 100 faizi universitet rektorunun təşəbbüsü ilə ali məktəbin büdcədənkənar vəsaiti hesabına ödənilmişdir.

ADAU-dan 30 nəfərin iştirak etdiyi imtahanda yaxşı nəticələr göstərmiş və yüksək bal toplamış tələbələrə rektor tərəfindən İELTS sertifikatları təqdim edilmişdir.    

Tələbələr onlar üçün yaradılmış bu şəraitə və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıq etmişlər.

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında