Fəlsəfə İnstitutunda italiyalı alim Mixail Talalayla görüş

www.science.gov.az saytında verilən məlumata görə, AMEA-nın Fəlsəfə İnstitutunda “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının müəllifi, italiyalı professor Mixail Talalay və İkinci Dünya Müharibəsində İtaliyada partizan hərəkatında döyüşmüş Mirzə Mirzəyevin oğlu Aqustino Mirzəyevlə görüş keçirilib.

Görüşdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək soydaşlarımızın İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə əldə olunmasında misilsiz rol oynadıqlarını bildirib. Deyib ki, o dövrdə 600 mindən çox azərbaycanlı müharibəyə yollanıb, həmçinin Bakı nefti vasitəsilə cəbhənin benzin və sürtkü yağlarına olan ehtiyacı təmin olunub.

O, İkinci Dünya Müharibəsində soydaşlarımızın Avropada partizan hərəkatında fəal iştirak etdiyini, azərbaycanlıların İtaliya, Fransa, Polşa və digər ölkələrdə faşistlərə qarşı müqavimət hərəkatı yaratdıqlarını söyləyib. O, Mehdi Hüseynovun, Məmməd Bağırovun, Əli Babayevin xüsusilə fərqləndiyini, 300-dən çox azərbaycanlı döyüşçünün İtaliyanın faşistlərdən təmizlənməsində mühüm rol oynadıqlarını xüsusi bildirib.

M.Talalay müəllifi olduğu kitab barədə iştirakçılara geniş məlumat verib. Nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqları həmin dövrə aid müxtəlif foto və arxiv sənədləri ilə əksini tapıb. O, 1943-cü ildə faşistlərin Stranse əsir düşərgəsindən qaçan həmyerlilərimizin partizanlara qoşulduğunu, bəzilərinin isə Avstriyadakı əsir düşərgəsindən İtaliyaya keçdiklərini bildirib. M.Talalay kitabda, həmçinin İkinci Dünya Müharibəsi zamanı İtaliya müqavimət hərəkatının iştirakçısı olan azərbaycanlı Nuru Əliyevlə partizan həyat yoldaşı Cina Neqrinin münasibətlərinin əksini tapdığını da vurğulayıb.

Azərbaycanlı partizan Mirzə Mirzəyevin oğlu Aqustino Mirzəyev, Fəlsəfə İnstitutunun elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov və digərləri çıxış edərək azərbaycanlıların İkinci Dünya Müharibəsindəki qəhrəmanlıqlarından danışıblar.

          İ.Əmənullayev

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında