Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanacaq. Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklərin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Artıq mərkəz tərəfindən mütəxəssislər cəlb edilməklə I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" sayılacaq. Nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik verilə bilər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında