“İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda “dəyirmi masa”

Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının müdafiəsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadi inkişaf istehlakçıların hüquqlarının qorunmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin önəmini artırır.

Zahid İsayev istehlakçıların hüquqlarının etibarlı şəkildə təmin olunması və bu sahədə mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası istiqamətində aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə görülən işlər, istehlakçıların maarifləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmətin rəisi istehlak bazarında istehlakçı ilə satıcı və xidmət göstərənlər arasındakı münasibətlərin qanunauyğun şəkildə tənzimlənməsi üçün təbliğat-təşviqat işlərinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə  istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı iştirakçıların təklifləri dinlənilib, müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

 

V.Bayramov,
 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında