9 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı Yol İstismar MMC-nin direktoru İlham Əzimov bildirib ki, uzunluğu 17,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Artıq işlərin 40 faizi yekunlaşıb. Belə ki, tikinti çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Zəif qrunt olan hissələr qazılaraq, yeri çınqıl materialı ilə doldurulub. Yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Qaz, elektrik, su və telefon xətləri yoldan kənara köçürülüb, müxtəlif yerlərdə su keçidi üçün 43 boru qoyulub. Ümumilikdə, yola 2 qat olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək.

Hazırda yol əsasının bərkidilməsi işləri ilə paralel yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. 3 kilometrdə birinci qat asfalt örtüyün döşənməsi həyata keçirilib. Bundan başqa, yol boyu 15 yerdə avtodayanacaq qoyulacaq. Zəruri yerlərdə 227 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi aparılacaq.

Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında