İxracatçılar "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri barədə məlumatlandırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə  ixrac missiyalarında brend menecmentinin önəmi mövzusunda təlim keçirilib.

İİTKM-nin mətbuat xidmətinin məlumatında deyilir ki, təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarının xarici bazarlarda tanıdılması, brendləşmə istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. "Floor 6" şirkətinin təsisçisi Leyla Məmmədovanın apardığı təlimdə iştirakçılara brend menecment və onun önəmi, xarici bazarlara məhsul ixrac etmək istəyən sahibkarlar üçün brend menecment prosesləri, müştərilərin müəyyənləşdirilməsi, brend planın önəmi və hazırlanması ilə bağlı yeni məlumatlar təqdim edilib.

“Bir pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, İxracyönümlü təlim və seminarların keçirilməsində əsas məqsəd ixracatçıların maarifləndirilməsi, məhsullarını ixrac etmək istəyən sahibkarların isə sözügedən alətlər haqqında məlumatlandırılmasıdır. Sahibkarlar bu təlimlərdə yeni informasiya qəbul edir və öz fəaliyyətlərində tətbiq edirlər. Habelə bu təlimlər sahibkarların öz fəaliyyətlərini korporativ standartlar əsasında qurmalarına da yardım göstərir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında