İmişlidə iki yem emalı müəssisəsi istifadəyə verilib

ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem və toxum təmizləmə məntəqələri açılıb.

Məntəqələr maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Həmin məntəqələri tikmək ideyası kənd sakinləri tərəfindən verilib. Belə ki, sakinlər şura yaradaraq bu layihələri işləyib hazırlayıblar. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi reallaşdırıb, onlardan 62-si məhz Aran zonasında həyata keçirilib. Bu layihələrdən 189 minə yaxın insan faydalana bilir.

Xatırladaq ki, lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub. EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında