Ötən ay “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 330 sahibkar müraciət edib

 ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, prosedurların asanlaşması sahibkarların müraciətlərini intensivləşdirib. Fevralın 15-dən etibarən “Azərişıq” ASC “ASAN xidmət” vasitəsilə daha bir yenilik edib və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, ay ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında xeyli artım olub. Belə ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq, 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Müqayisə üçün bildirilir ki, yanvar ayında 284 sahibkar bu məqsədlə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edib. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb “vahid pəncərə” sistemi üzrə prosedurların 7-dən 3-ə və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24-ə endirilməsidir.

Fevral ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlərin də “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət etmişdisə, fevral ayı ərzində 3252 vətəndaş müraciət edib. Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu oynayıb.

Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 19 min müraciət olunub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında