Şəkər çuğundurunun yetişdirilməsinə diqqət artırılır

Şəkər çuğunduru ilə məşğul olan fermerlərə 3 faizlə 7 milyon manat güzəştli kreditlərin verilməsi təmin ediləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu, emal sənayesi ilə kiçik sahibkarlar arasında əməkdaşlığın və bu istiqamətdə dövlətin dəstəyinin ən gözəl bir nümunəsi olacaq.

Azərbaycan Sənaye Bankı, eyni zamanda, Azərbaycan Şəkər İstehsalı Birliyi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə martın 15-də sözügedən məsələ ilə bağlı saziş imzalanacaq. Həmin müqavilə əsasında 1400-dən çox kiçik fermer təsərrüfatı dövlətin 3 faizli güzəştli kreditlərindən istifadə edəcəkdir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında