Əməkdaşlığın perspektivləri müzakirə olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu məqsədlə keçirilən görüşdə palatanın baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın idarə heyətinin üzvləri Süleyman Kələşov, Cəlal Əliyev və icraçı direktoru Jalə Hacıyeva iştirak ediblər.

MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, müzakirələr zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının cari fəaliyyəti, bank olmayan kredit təşkilatları, sektorun cari durumu və inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

Palatanın baş icraçı direktoru İbrahim Alışov ölkədə bank olmayan kredit təşkilatları tərəfindən əhalinin, xüsusilə regionlarda fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində görülmüş işlər və cari vəziyyət barədə söhbət açıb.

Baş icraçı direktor ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının aktivliyinin artırılmasının zəruriliyini bildirib.

Görüşün sonunda sektorun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında