Bakıda Dünya Limanlar Konfransı keçiriləcək

Mayın 8-dən 11-dək Bakıda keçiriləcək nüfuzlu Dünya Limanlar Konfransına qeydiyyat başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər ki, respublikamızın paytaxtında keçiriləcək konfrans “Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunacaq.

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkədə 180-ə yaxın liman və limanlarla əlaqəsi olan 140 müəssisəni təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir və beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edir. IAPH hər il iri liman şəhərlərində konfranslar keçirir. Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Bali (2017) bundan əvvəlki konfranslara ev sahibliyi edib.

“IAPH Baku 2018”in iştirakçıları “Kəmər - Yol” təşəbbüsü çərçivəsində nəqliyyat dəhlizlərinin yaradılması, azad ticarət zonalarının milli iqtisadiyyata və qonşu ölkələrin iqtisadiyyatına töhfəsi və XXI əsrdə “SmartPorts” və “Yaşıl limanlar” konsepsiyası kimi mühüm və maraqlı mövzuların müzakirəsi üçün unikal imkan əldə edəcəklər.

Konfransda “DP World”un sədri və baş icraçı direktoru Sultan Əhməd bin Suleyem, “Forbes” və “BBC World”un əməkdaşı Ueyd Şepard, “FMP Associates Ltd”nin direktoru və “Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profitt, Triest limanının prezidenti Zeno-d’Aqostino, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usman, “Port of Le Havre”nin baş direktoru Erve Martell və Şanxay Universitetinin professoru Teo Teotetomun çıxışları nəzərdə tutulur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında