Azərbaycanda iplik fabriklərinin fəaliyyət dairəsi genişlənir

Mingəçevir Sənaye Parkının ilk iki fabrikinin açılması dövlət-özəl sektor tərəfdaşlığının parlaq təzahürüdür. Hazırda dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektorun inkişafına şərait yaradır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrikin istifadəyə verilməsi ilə onların sayı səkkizə çatıb və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə, demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq, həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.

Qeyd edək ki, iki yeni fabrikin işə düşməsi daha yeni müəssisələrin yaradılmasına təkan verəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri açılacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında