Son iki ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb

Ölkəmizdə uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına 2005-ci ildən sonra qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdı. Bunun nəticəsi idi ki, Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tuturdu.

Neftin qiymətinin 3 dəfəyədək aşağı düşməsi Azərbaycanın valyuta ehtiyatlarının da bir qədər azalmasına gətirib çıxarmışdı. Hər bir böhran isə həm bir sınaq, həm də yeni inkişaf dövrünün başlanması deməkdir. Reallıqlar ondan ibarətdir ki, Azərbaycan bu sınaqdan üzüağ və ləyaqətlə çıxdı. Qəbul edilən fərman və sərəncamlardan sonra yeni iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, xüsusən qeyri-neft sektoru istehsalının stimullaşdırılması üçün zəruri tədbirlər həyata keçirildi.

Təbii ki, yeni iqtisadi islahatların bir qismi maliyyə sektorunu əhatə etdi. Belə ki, yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edildi.

Hazırda islahatlar davam edir. Və biz bu islahatların uğurlu nəticələrini bir çox sahələrdə müşahidə edirik. Son iki ilin müsbət iqtisadi göstəricilərindən biri də 37 milyard dollara qədər azalan valyuta ehtiyatlarımızın yenidən artmasıdır. Azərbaycan Respublikası regionlarının YAP-ın son qurultayında valyuta ehtiyatlarımızın 44 milyard dollar olduğu bəyan edildi. Beləliklə, müsbət iqtisadi proseslər ötən il özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verdi. Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artdı.

Vaqif BAYRAMOV,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında