Yeni inşa edilən yaşayış komplekslərində çıxarış kampaniyası

Ölkədə daşınmaz əmlakın qeydiyyatının bilavasitə yerlərdə keçirilməsi, xidmətlərin birbaşa olaraq vətəndaşların ünvanlarında göstərilməsi tədbirləri davam etdirilir. Belə tədbirlər respublikanın ucqar bölgələri ilə yanaşı, paytaxtda və digər iri şəhərlərdə yerləşən yeni inşa edilən çoxmərtəbəli bina sakinlərini də geniş şəkildə əhatə edir.

Növbəti “Kütləvi çıxarış” kampaniyası Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilən yaşayış kompleksini əhatə edib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib. Başqa sözlə,  5 bloklu 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcədə 1 girişli 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıblar.

Həmin  gün bu yaşayış kompleksinin sakinlərinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin  sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında