Aktaudakı Logistika Mərkəzi Azərbaycan məhsullarının ixracı üçün əlverişli şərait yaradır

Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir.

Təməli 2014-cü il iyunun 28-də qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan bu mərkəzin ümumi anbar sahəsi 8730 kvadratmetrdir. Dəyəri 20 milyon ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və kiçiktonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib.

Logistika Mərkəzi Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran və digər ölkələrin şirkətləri ilə işgüzar əlaqələr qurub, əməkdaşlıq müqavilələri bağlayıb. Yaxın gələcəkdə ərəb dövlətləri, Çin və digər ölkələrlə də işgüzar əlaqələr qurmağı planlaşdırır.

“Azərsun İstehsal və Logistika Mərkəzi”nin liman şəhəri Aktauda yaradılması təsadüf deyil. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Aktau limanına daxil olan yüklərin sayının artmasına səbəb olub. Bu yüklərin müəyyən hissəsi “Azərsun İstehsal və Logistika Mərkəzi”nin payına düşür.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında