İqtisadiyyat İnstitutunun 60 yaşı tamam olur

2018-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun yaradılmasının 60 ili tamam olur.

İqtisad elminin inkişafına böyük töhfələr vermiş bu institut SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılıb.

Fəaliyyət göstərdiyi 60 il ərzində İqtisadiyyat İnstitutda Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri yerinə yetirilib, peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirilib. Müəssisədə Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Asəf Nadirov və Ağasəlim Ələsgərov kimi tanınmış iqtisadçı alimlər çalışıb.

Son illərdə institut iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyasını müəyyən edib, bu 2 metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən iqtisadiyyatın solluq (sağlıq) – İS (S)İ indeksi hesablanıb. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnozlaşdırmağa imkan verir.

www.science.az saytının yaydığı məlumata görə, AMEA Rəyasət Heyətinin qərarına əsasən, institutun 60 illiyi ilə əlaqədar respublika səviyyəli konfransın keçirilməsi, nəşrlərin hazırlanması nəzərdə tutulur.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında