Yeni piyada körpüsü inşa edilir

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Bakıda nəhəng piyada körpüsü inşa edilir. Yerüstü park-körpü “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11,631 kvadratmetr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kvadratmetr - park, həmçinin 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

Hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatdırılıb. Yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında