Yaz-tarla işləri sürətləndirilir

Hazırda kənddə işlərin qızğın çağıdır. Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlər aparılır. Statistika Komitəsinin məlumatına  görə, cari ildə 991,2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdir ki, bunun da 666,1 min hektarını (67,2 faizi) buğda, 324,8 min hektarını (32,7 faizi) arpa və 0,3 min hektarını (0,1 faizi) çovdar təşkil etmişdir.

Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 9,5 min ton tərəvəz toplanmışdır. 2017-ci ilin ilkin məlumatlarına əsasən, kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 264,6 manat olmuş və 2016-cı illə müqayisədə 3,1 faiz artmışdır.

 

Vaqif BAYRAMOV,
"Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında