Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Bakı Ali Neft Məktəbində (BANM)  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra ali məktəbin rektoru Elmar Qasımov çıxış edərək  Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək dəhşətli cinayət adlandırıb. Rektor bildirib ki,   bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib.

E.Qasımov ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

Ali məktəbin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri Xocalı prospektində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış  “Ana fəryadı” abidəsini də ziyarət ediblər.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında