Babək prospektində su xətlərinin çəkilişinin mayda başa çatdırılması planlaşdırılır

Babək prospektində su xətlərinin çəkilişinin may ayında başa çatdırılması planlaşdırılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.

Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 millimetr polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.

Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 millimetr diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur. Prospektdə görüləcək işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv ediləcək və onların yeni tikilən kəmərlərə qoşulması təmin ediləcək.

Babək prospekti boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda, yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Prospektdə nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 kilometrdən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında