Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola salınıb

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu fevralın 23-də “Kaspian Drilinq Kompani” şirkətinin (Caspian Drilling Company Ltd) Dəniz Təchizatı və Logistika Bazasından Abşeron yatağında qazıntı işləri aparmaq üçün dənizə yola salınıb.

Şirkətdən verilən məlumata görə, dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun inşaatı 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisi “Kaspian Drilinq Kompani” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək.

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu SOCAR və TOTAL şirkətlərinin pay sahibi olduğu Abşeron qaz yatağında ABX-2 quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra ABD001 quyusunu qazacaq və Abşeron yatağında ilk qazın hasil edilməsinə başlanacaq.

Yola salınma münasibətilə Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisini həyata keçirən və tikintini idarə edən “Kaspian Drilinq Kompani” şirkətinin heyəti, şirkətin Baş Direktoru Fərid Axundov, TOTAL şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yolasalma mərasimi keçirilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında