TANAP vasitəsilə “Şahdəniz” yatağından ilk qaz Türkiyəyə iyunun 3-də nəql olunacaq

Transanadolu boru kəməri (TANAP) vasitəsilə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından ilk qaz Türkiyəyə bu il iyunun 3-də nəql olunacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consun mətbuata verdiyi məlumata görə, bu il "Şahdəniz" yatağından əlavə olaraq 2 milyard kubmetr qaz hasil etmək planlaşdırılır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti daha sonra deyib: “Cari ildə əlavə olaraq hasil edilən 2 milyard kubmetr qazın ixracı ilə bağlı müqaviləmiz var. İxrac həcmi ildən-ilə artırılacaq. İlk qaz TANAP-a iyunun 30-da vurulacaq. İlin ikinci yarısında "Şahdəniz 2" çərçivəsində yeni platformadan ilk qaz bu sistemlə nəql olunacaq”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında