Şirkətlər qrupu layihələrini təqdim etdi

“RUN Construction and İnvestment Company” (RUN Tikinti və İnvestisiya şirkəti) şirkətinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək böyük miqyaslı layihələrin təqdimat mərasimi keçirilib. Mərasimdə yerli şirkətlərlə yanaşı, layihələrin reallaşdırılmasında iştirak edəcək xarici podratçı şirkətlərin nümayəndələri də iştirak ediblər.

Şirkətin baş direktoru Ramil Kərimli bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatının inkişafı,  həyata keçirilən geniş miqyaslı quruculuq işlərində yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə tərtib edilmiş Strateji Yol Xəritəsində vəzifələri yerinə yetirmək işinə töhfə vermək məqsədi ilə yaradılıb. Hazırda  şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə beynəlxalq rəqabətə davamlı turizm istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

Ramil Kərimli “RUN Construction and İnvestment Company” şirkətinin ölkədə qeyri-neft sektoruna investisiyaların cəlb olunması məsələsinə xüsusi diqqət yetirdiyini və bu istiqamətdə bir sıra layihələrin tezliklə reallaşdırılacağını bildirib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında