Tacikistana kabel ixrac ediləcək

“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli müqavilə imzalanıb. “Sumqayıt Texnologiyalar Parkı”ndan (STP) verilən məlumata görə, ilkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik Kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistanın  Ravşan yarımstansiyasına alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.

Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP-nin Kabel zavodu  məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçi ilə iki illik tərəfdaşlıq müqaviləsi imzalanıb. Yenidən qurulacaq yarımstansiya tam olaraq bu zavodun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası Tacikistana çatdırılacaq.   

Qeyd edək ki, STP-nin Kabel zavodunda 28 000 çeşiddə 500 kV-a qədər orta, yüksək və daha yüksək gərginlikli güc naqilləri, müxtəlif çeşiddə kabellər istehsal olunur.

Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətlidir və həm yerli, həm də xarici bazarlarda razılıqla qarşılanır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında