Göygöl nişasta emalı zavodu tikiləcək

Türkiyənin “Doğuş Holdinq” şirkəti Göygöldə buğda nişastasının emalı zavodu tikəcək. Rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihə regionlarda yeni iş yerlərinin açılması, bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların yatırılması istiqamətində çox mühüm olacaq. Zavodda 500 nəfər daimi, 800 nəfər isə mövsümi işlə təmin olunacaq.

Bundan başqa, Göygöl rayonu ərazisində hotel və sağlamlıq komplekslərinin tikintisi də nəzərdə tutulub. Azərbaycanda turizm potensialının hərəkətə gətirilməsi və özəl sektorun inkişafı məqsədilə “RUN Construction” şirkəti bir sıra layihələrin reallaşdırılmasına başlayacaq. 5 ulduzlu “Göygöl Resort hotel”in inşası həmin layihələrdən biridir.  16 hektar ərazidə yerləşəcək “Aqua Park Resort Hotel”də 600 qonaq istirahət edə biləcək.

“RUN Construction and İnvestment Company”nin unikal layihələrindən biri də Koreyanın “NOROO KIBAN” şirkəti ilə birlikdə Samux rayonunda reallaşdırılacaq “AGROPARK”ın inşasıdır. 60 hrktar ərazini əhtə edəcək bu müasir istixana kompleksi bölgədə kənd təsərrüfatının, meyvəçilik və bağçılığın inkişafına sanballı töhfə verəcək.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında